Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Yaponiyanın qərbində yerləşən Yamaquki prefekturasında buddist məbədində baş verən yanğın nəticəsində beş nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yerli polisin açıqlamasına görə, ölən şəxslər Simonoseki şəhərində ikimərtəbəli taxta məbədin ərazisində yaşayıblar.
Yanğınsöndürmə xidmətinə məlumat veriləndən təxminən üç saat sonra alovun qarşısı alınıb.