Budunda Messinini tatusunu gəzdirirdi, meydanda üz üzə gəldi FOTO

25.01.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Perunun “Alianza Lima” klubunun futbolçusu Alan Kantero karyerasında unudulmaz anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, Kantero “İnter Mayami”yə qarşı keçirilən oyunda uşaqlıq idolı Lionel Messi ilə eyni meydanı bölüşüb.

Qarşılaşmadan sonra argentinalı ulduzun formasını əldə edən futbolçu böyük sevinc və həyəcan yaşayıb.

Məlumatda bildirilir ki, Alan Kanteronun ayağında Lionel Messinin döyməsi var və o, uzun illərdir kumiri ilə bir gün görüşməyi xəyal edirdi. Oyun bitdikdən sonra futbolçular arasında səmimi anlar yaşanıb, Kantero və Messi bir-birini qucaqlayıb.

Qarşılaşmadan sonra duyğularını gizlədə bilməyən Kantero bunları deyib:

“Onunla eyni anı paylaşacağımı heç vaxt təsəvvür etmirdim. Bu, gerçək bir arzudur. Ona dedim ki, onu sevirəm və o, mənim üçün ilham mənbəyidir”.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью