Budva şəhərində bələdiyyə məclisinə seçkilər keçirilir AZƏRTAC

17.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Podqoritsa, 17 noyabr, AZƏRTAC

Monteneqronun Budva şəhərində yerli seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, seçicilər ümumilikdə 28 seçki məntəqəsində bələdiyyə məclisinin sədrini və üzvlərini müəyyən etmək üçün səs verirlər. Məlumata görə, seçkilərdə 8 partiya və koalisiya iştirak edir, 19 min 183 seçici səsvermə hüququna malikdir. Cari ilin mayında keçirilən seçkilərlə müqayisədə seçici fəallığının az olduğu bildirilir.

Qeyd edək ki, Budvada bu il ikinci dəfə yerli seçkilər keçirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью