futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda V tur başa çatıb.
Futbolpress.az xəbər verir ki, kişi şahmatçıların yarışında “Vüqar Həşimov” komandası Slovakiyanın “Slaviya” klubuna 2,5:3,5 hesabı ilə uduzub.
Hazırda “Vüqar Həşimov” klubu 6 xalla 22-ci pillədə qərarlaşıb.
Qadın şahmatçıların yarışında çıxış edən “Odlar Yurdu” isə Serbiyanın “Srvena Zvezda” klubunu 3:1 hesabı ilə məğlub edib. Hesabında 8 xal olan “Odlar Yurdu” turnir cədvəlində 2-3-cü yerləri bölüşür.
“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev, “Odlar Yurdu”nun heyətində isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparır.
V turda “Vüqar Həşimov” klubunun heyətində yarışan Aydın Süleymanlı özbəkistanlı şahmat ulduzu Nodirbek Abdusattarovu məğlub etməklə diqqətə səbəb olub.
Qeyd edək ki, bu gün Avropa Kubokunda VI turun partiyaları oynanılacaq. “Vüqar Həşimov” Almaniyanın “FC St.Pauli 1910”, “Odlar Yurdu” isə Lüksemburqun “Gambit Bonnevoie” klubu ilə mübarizə aparacaq. Avropa Kubokuna oktyabrın 23-də yekun vurulacaq.