futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Monteneqronun Budva şəhərində keçirilən 19 yaşadək boksçular arasında dünya çempionatı Azərbaycan milli komandası üçün uğurlu başlayıb. Yarışın ilk günündə rinqə çıxan hər iki təmsilçimiz qarşılaşmalarını qələbə ilə başa vurub.
Futbolpress.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihat Qasımov 1/32 final mərhələsində qırğızıstanlı Nursultan Duşonalıyevlə üz-üzə gəlib. Gərgin keçən görüşdə 3:2 hesablı qələbə qazanan boksçumuz növbəti mərhələyə adlayıb. O, oktyabrın 18-də keçiriləcək növbəti matçında kanadalı Arjanpal Hundal ilə qüvvəsini sınayacaq.
Ağır çəkidə (+90 kq) ölkəmizi təmsil edən Səfdər Məmmədzadə də ilk sınağından qalib ayrılıb. 1/8 final çərçivəsində Kirill Jukovskini 3:2 hesabı ilə məğlub edən idmançımız oktyabrın 23-də rusiyalı İvan Baybakovla döyüşəcək.
Budvadakı dünya çempionatı oktyabrın 27-də yekunlaşacaq.