Unikal.az saytına istinadən Icma.az xəbər verir.
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.
"Unikal" xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.
21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.
XXX
21:46
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyunu başlayıb.
"Unikal" xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürüb.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi əvvəlki 3 oyunda xal qazana bilməyib.