Icma.az, Sia Az portalına istinadən məlumat yayır. ABŞ və Aİ Ukraynada NATO qoşunlarının olmadığı bufer zonasının yaradılmasını müzakirə edi
Layihədə Səudiyyə Ərəbistanı və ya Banqladeş kimi NATO üzvü olmayan ölkələrin hərbçilərinin iştirak edəcəyi güman edilir.
Bufer zonanın yaradılmasında məqsəd Ukrayna daxilində Rusiya və Ukrayna ərazilərini ayırmaq və NATO qoşunlarının birbaşa iştirakı istisna olmaqla, Kiyevə təhlükəsizlik zəmanəti verməkdir.
ABŞ pilotsuz uçuş aparatları, peyk sistemləri və digər kəşfiyyat vasitələrindən istifadə edərək, digər maraqlı ölkələrlə öz hərəkətlərini əlaqələndirərək bu zonaya nəzarətdə əsas rol oynaya bilər.
Amerika qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi planlaşdırılmır.
Avqustun 29-da Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin ehtiyac duyduğu üç əsas təhlükəsizlik təminatı blokunu açıqlayıb.
Xüsusilə, o, Ukrayna hərbçilərinə maliyyə və silah dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Bundan əlavə, Kiyev münaqişənin bərpası halında görüləcək tədbirlərə dair tərəfdaşlarla aydın razılaşmalar əldə etməyə çalışır.