Buffon 48 yaşında yenidən təhsilə başladı

20.09.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

İtaliya millisinin və “Yuventus”un sabiq qapıçısı Canluici Buffon 48 yaşında təhsilini davam etdirmək qərarına gəlib.

İdman.Biz xəbər verir ki, Libertà nəşrinin məlumatına görə, keçmiş futbolçu Pyasentsadakı özəl Marconi institutuna rəsmi şəkildə qəbul olunub.

Buffon üçün hibrid təhsil proqramı hazırlanıb. O, hər gün dərslərdə iştirak etməyəcək və yekun dövlət attestasiyasına hazırlığın əsas hissəsini distant formada keçəcək.

Keçmiş qapıçı bu qərarını həm təhsilini başa çatdırmaq, həm də övladlarına nümunə olmaq istəyi ilə izah edib.

“Bunu özüm üçün, valideynlərim üçün və övladlarıma nümunə olmaq üçün edirəm. Əsas məqsədim hələ də bir çox insanın dəstəklədiyi stereotipi - təhsilə məhəl qoymayan futbolçu stereotipini aradan qaldırmaqdır”, - Buffon bildirib.

Qeyd edək ki, 48 yaşlı italiyalı 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью