Buffon: İtaliyada keyfiyyətli futbolçular yetişmir

29.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

İtaliya millisinin və "Yuventus"un əfsanəsi Canluici Buffon İtaliya futbolunun hazırkı durumundan danışıb.

QOL.az "Calciomercato"ya istinadən xəbər verir ki, 47 yaşlı sabiq qolkiper İtaliyada hazırda keyfiyyətli futbolçuların yetişmədiyini deyib:

"İtaliya artıq istedadlı futbolçular istehsal etmir. Çünki İtaliya futbolu özünü inkar edib. Biz ispan və digər futbol modellərini təqlid etmək qərarına gəldik. Sonda nə oldu? Kannavaro, Ferrara, Kyellini - onlar bu gün oynamayacaqlar. 

Sanki artıq qapıçı 30 məhsuldar ötürmə, 16 seyv etməsə, futbol oynaya bilməz. Qapıçının işi qoldan xilas etməkdir. Hər kəs əlindən gələni etməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью