Buffon və leqo: əfsanəvi təsadüf FOTO

28.01.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın “Yuventus” və milli komandasının sabiq qapıçısı Canluici Buffon bu gün 48 yaşını qeyd edir. Maraqlıdır ki, eyni tarix leqo konstruktornun da ad günü ilə üst-üstə düşür.

İdman.Biz xəbər verir ki, sosial mediada Buffonun karyerası leqo üslubunda təqdim olunub. Dünya çempionu qapıçının yolu qələbələr, rekordlar və özünəməxsus xarizma ilə “yığılmış” bir futbol əfsanəsi kimi təsvir edilib.

Qeyd edək ki, Canluici Buffon futbol tarixinin ən titullu və uzunömürlü qapıçılarından biri hesab olunur. Onun karyerası Dünya Çempionatı qələbəsi, çoxsaylı ölkə çempionluqları və fərdi rekordlarla yadda qalıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью