Buffonun oğlu Çexiya yığmasında ilk qolunu vurdu VİDEO

26.03.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əfsanəvi italiyalı qapıçı Canluici Buffonun oğlu Lui Tomas Buffon Çexiyanın U-18 milli komandasının heyətində ilk qolunu vurub.

Fanat.Az xəbər verir ki, bu, çexlərin 4:1 hesabı ilə qalib gəldiyi Fransa millisi ilə yoldaşlıq görüşünə təsadüf edib. 

Meydana əvəzetmədən çıxan oğul-Buffon 64-cü dəqiqədə komandasının 3-cü qolunu vurub.
 


Bu, Luinin Çexiyanın U-18 komandasında üçüncü oyun olub. Martın 20 və 22-də o, müvafiq olaraq İngiltərə və Portuqaliya ilə matçlarda iştirak edib. Onun ikili vətəndaşlığı var. 17 yaşlı oyunçunun anası çexiyalı model Alena Seredovadır.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью