Bugatti ni saatda 414 km sürətlə SÜRDÜ VİDEO

30.11.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Almaniyada qeydə alınan maraqlı görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, məlumata görə, bir sürücü "Bugatti Chiron" model avtomobili saatda 414 km sürətlə idarə edib. Bu hadisə izləyicilər arasında geniş müzakirələrə səbəb olub və avtomobil həvəskarlarının diqqətini çəkib.

Qeyd edək ki, "Bugatti Chiron"un bazar qiyməti təxminən 3,2 milyon avro təşkil edir ki, bu da Azərbaycan manatı ilə təxminən 5,9 milyon manat edir.

Avtomobilin yüksək sürəti və prestijli markası səbəbindən görüntülər sosial şəbəkələrdə sürətlə paylaşılmağa davam edir.

Hüseyn
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью