Buğda daşıyan gəmi BATDI

16.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rumıniyadan Misirə təxminən 3 min ton buğda daşıyan Somali bayraqlı “BETUL 8” adlı yük gəmisi Bolqarıstan sahillərində baş verən partlayış nəticəsində batıb.

"Cebheinfo.az" xəbər verir ki, gəmidə olan 12 türkiyəli heyət üzvünün itkin düşdüyü bildirilir. Partlayışın səbəbi araşdırılır. Bolqarıstan Nəqliyyat Nazirliyinin internet saytında yer alan məlumata görə, Rumıniyadan Misirə doğru hərəkət edən “BETUL 8” adlı yük gəmisindən təcili yardım çağırışı daxil olub. Varna Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə daxil olan çağırışdan sonra gəminin Bolqarıstanın müstəsna iqtisadi zonasında, Kaliakra burnunun təxminən 40 dəniz mili cənub-şərqində batdığı bildirilib. Hadisədən sonra ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Əməliyyata Bolqarıstandan iki, Rumıniya və Türkiyədən isə birər gəmi göndərilib. Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki “Cougar” helikopteri və bir “Su-25” təyyarəsi də axtarış-xilasetmə işlərinə cəlb olunub. Bolqarıstan mətbuatında yayılan məlumatlarda 1988-ci ildə inşa edilmiş yük gəmisinin partlayışdan sonra batdığı iddia edilib. Partlayışın dəniz minasından, yoxsa pilotsuz uçuş aparatının (PUA) hücumundan qaynaqlandığı araşdırılır.

Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Məlumata görə, Somali bayrağı altında üzən “BETUL 8” Rumıniyanın Tulça limanından Misirə təxminən 3 min ton səpələnmiş buğda daşıyırmış. Gəminin Marşall adalarında yerləşən “Optimus Marine” şirkətinin adına qeydiyyata alındığı və həmin şirkət tərəfindən idarə olunduğu bildirilib.

Gülər
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью