Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 1 milyon 44 min 835 ton buğda idxal edilib. Bu idxalın statistik dəyəri 224 milyon 30 min dollar təşkil edib.
Marja.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illərin yanvar–sentyabr ayları üzrə xarici ticarət hesabatlarının müqayisəsi nəticəsində məlum olub.
2025-ci ilin eyni dövründə isə 878 min 670 ton buğda 188 milyon 580 min dollara idxal olunmuşdu. Beləliklə, buğda idxalı fiziki həcmdə 18,9%, dəyər ifadəsində isə 18,8% artıb.