Buğda idxalı artıb

18.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 241 milyon 94 min ABŞ dolları dəyərində 1 milyon 117 min 277 ton buğda idxal edilib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 22.3 min ton çoxdur. Ancaq məbləğ baxımından 42.3 milyon ABŞ dolları azdır.

Buğda idxalı Azərbaycanın ümumi idxalının 1.28%-nə bərabər olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью