Buğda idxalı artıb. Qiymətlər necə?

20.05.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalid Kərimli: “Benzin və dizelin qiymətinin qalxanda xəbərdarlıq edirdik ki, bu inflyasiyaya və ümumi qiymət artımına təsir göstərəcək”2026-cı ilin yanvar-aprel ayında Azərbaycan 445 537.16 ton buğda idxal edib.

Bizimyol.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 99 milyon 608 min ABŞ dolları təşkil edib.

2025-ci ilin ilk 4 ayında isə Azərbaycana 90 milyon 536 min dollar dəyərində 419 105.45 ton buğda idxal edilmişdi.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.3%, dəyər baxımından isə 10% artıb.Bəs Azərbaycana əsasən hansı ölkələrdən buğda gətirilir? İdxal artımı çörəyin qiymətinə təsir edə bilərmi?

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli açıqlama cerib. Ekspert bildirib ki, problem eyni zamanda enerji xərcləri ilə əlaqədardır: “Azərbaycan əvvəlcə buğdanı əsasən Rusiya, Ukrayna və Qazaxıstandan idxal edirdi. Lakin Ukraynada baş verən müharibədən sonra idxal daha çox Rusiya, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrindən həyata keçirilir. Yəni bu iki ölkənin payı çox yüksəkdir. Burda taxıl alış qiymətləri təqribən 3%-dən çox artıb.

Problem təkcə buğdanın qiymətində deyil. Eyni zamanda enerji xərcləri də ölkədə artıb. Benzin və dizelin qiyməti qalxanda xəbərdarlıq edirdik ki, bu, sonradan inflyasiyaya və ümumi qiymət artımına təsir göstərəcək. Çünki buğda və un məmulatlarının daşınmasında yük maşınlarından istifadə olunur. Məsələn, əvvəl yük maşınlarının daşınma xərci 100 manat idisə, indi 120 manatdır”.

Xalid Kərimli həmçinin vurğulayıb: “Bundan əlavə, işçilik xərcləri də artıb. Çörək zavodlarında qiyməti yalnız buğda və un müəyyən etmir. Onların xərclərinin strukturunda buğda və un 40-50%-dən çox deyil. Hərəsinin xərc strukturu var. Başqav xərclərə material xərcləri (droj, duz və digər əlavələr), işçilik, kirayə, borc xərcləri, kredit faizləri daxildir. Eyni zamanda daşınma və kommunal xərclər də var. Bunlar hamısı ölkədə artıb”.

Xalid Kərimli əlavə edib: “Buna görə çörəyin qiyməti müəyyən növlər üzrə müxtəlif qiymətlərədir. Biz çoxumuz zavod çörəyinə üstünlük veririk. Lakin orada müxtəlif növ çörəklər olur və qiymətləri fərqlidir: baton, formalı, qara çörək və s. Paketləmə üsulları da fərqli olduğu üçün bütün növlərdə qiymət artımı müşahidə olunur. Bu artımın çoxu buğda və taxıl qiymətlərinin bahalaşması ilə bağlı deyil. Əsas səbəb enerji xərcləri, idarəetmə və daşınma xərclərinin artması ilə əlaqədardır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью