Buğda ucuzlaşır, bəs çörək?

17.06.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Hörmüz boğazında gərginliyin azalması və gəmiçiliyin bərpa olunması qlobal enerji bazarlarında müəyyən sabitlik yaradıb. 

Bu vəziyyət neft və daşınma xərclərinin aşağı düşməsinə təsir göstərə biləcəyindən, dünya bazarlarında bir sıra məhsulların, o cümlədən buğdanın qiymətinə də təsirsiz ötüşmür. Bəs beynəlxalq bazarlarda buğda qiymətlərində müşahidə olunan mümkün ucuzlaşma Azərbaycanda çörək və un məhsullarının qiymətlərinə təsir göstərə bilərmi? 

Digər tərəfdən, enerji və ərzaq qiymətlərində baş verən dəyişikliklər təkcə istehlak bazarı ilə məhdudlaşmır, ümumi iqtisadi proseslərə də təsir edir. Bu baxımdan, qlobal bazarlardakı qiymət enişlərinin Azərbaycanın inflyasiya göstəricilərinə, əhalinin alıcılıq qabiliyyətinə və biznes mühitinə necə təsir göstərə biləcəyi maraq doğuran məsələlərdən biridir. 

Bəs Azərbaycanda buğda və çörək qiymətləri ucuzlaşa bilərmi? 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, dollara tələbin azalmasının bir neçə əsas səbəbi var. “Birincisi, idxal zəifləyib. 

Qlobal qiymətlər bir az sabitləşəndən sonra sahibkarlar anbarları əvvəlcədən doldurmuşdu, indi yeni mal gətirməyə tələsmirlər. İkincisi, dövlət xərcləri mövsümi olaraq azalıb.

Adətən, ilin əvvəlində büdcə xərclənməsi zəif olur, iri infrastruktur layihələrinə pul aprel-maydan sonra ayrılır. Dövlət şirkətləri və podratçılar dolları əsasən tikinti və avadanlıq idxalı üçün alırlar. Onlar dayananda tələb də düşür.

Üçüncüsü, əhali və şirkətlər manata güvənir. Mərkəzi Bank illərdir məzənnəni sabit saxlayır, inflyasiya da birrəqəmli həddə düşüb. Əvvəllər yastıqaltı dollar yığan adam indi görür ki, manat depozitləri 10-11 faiz gəlir verir, dollar isə yerində sayır. 

Ona görə də pulunu manatda saxlamağa üstünlük verir. Dördüncüsü, turizm və xidmət ixracı artıb. Yaz girəndə ölkəyə gələn turistlər nağd dollar gətirir və onu burada manata dəyişirlər. Bu da banklarda dollar təklifini artırır, alana ehtiyac isə azalır. 

Beşincisi, neftin qiyməti 100 dollardan yuxarıdır. Dövlət Neft Fondu və SOCAR ixracdan külli miqdarda dollar qazanır və onu bazara çıxarır. Amma həmin dolları alacaq idxalçı azdır, çünki iqtisadiyyatda aktivlik hələ tam canlanmayıb. Bunun iqtisadi fəsadları müxtəlif cür özünü göstərə bilər”. Müsbət tərəfi odur ki, Mərkəzi Bankın ehtiyatları artır: 

“1 milyard dollarlıq alış həm ehtiyat yastığını böyüdür, həm də gələcəkdə şok baş verərsə, məzənnəni saxlamağa imkan verir. Ehtiyatlar çox olduqda xarici investorların da ölkəyə inamı artır. Manatın möhkəm qalması idxal inflyasiyasını zəiflədir, çörəyin, dərmanın və texnikanın qiyməti kəskin bahalaşmır”. 

Ancaq prosesin mənfi tərəflər də var: 

“Mərkəzi Bank bazardan 1 milyard dollar alanda əvəzində 1,7 milyard manat buraxır. Bu manat dövriyyəyə girərsə, bir neçə aydan sonra qiymət artımını sürətləndirə bilər. Ona görə də Mərkəzi Bank həmin manatı sterilizasiya etməlidir, yəni depozit hərracları vasitəsilə geri toplamalıdır. 

Əgər bunu edə bilməsə, inflyasiya təzyiqi yarana bilər. İkinci risk ondan ibarətdir ki, dollar ucuz və bol olanda idxal malları yenidən daha sərfəli olur. Yerli istehsalçılar rəqabətdə çətinlik çəkirlər və “Hollandiya sindromu” güclənir.

Kənd təsərrüfatı və yüngül sənaye sahələri inkişaf etmir, çünki Türkiyədən, İrandan və Rusiyadan mal gətirmək daha ucuz başa gəlir. Üçüncü risk ixracla bağlıdır. Manat möhkəm olduqda Azərbaycanın qeyri-neft məhsulları xaricdə daha baha görünür. 

Pomidor, fındıq və pambıq ixrac edənlər çətinliklə üzləşirlər. İdxal çoxalıb, ixrac azalanda isə ticarət balansı pisləşir. Dördüncüsü, banklarda dollar çoxaldıqda onu səmərəli şəkildə istifadə etmək çətinləşir. 

Kredit götürənlərin sayı az olduğundan, banklar dollar likvidliyini xaricdə aşağı faizlə saxlamağa məcbur qalırlar və bu da gəlirliliyin azalmasına səbəb olur”. 

İqtisadçı qeyd edir ki, qısamüddətli dövrdə dollara tələbin azalması təşviş üçün əsas deyil. Əksinə, bu vəziyyət Mərkəzi Banka ehtiyat toplamaq imkanı yaradır: 

“Lakin proses uzun müddət davam edərsə, yerli istehsalın zəifləməsinə və iqtisadiyyatın idxaldan asılılığının artmasına səbəb ola bilər.

“Əsas məsələ odur ki, yığılan ehtiyatlar və sabit məzənnə fürsət kimi istifadə olunsun, qeyri-neft sektoruna, ixraca və sənayeyə investisiyalar yönəldilsin. 

Əks halda, sadəcə ‘sabit manat’ naminə istehsalı zəiflətmiş olarıq və gələcəkdə neft gəlirləri azaldıqda, daha ciddi iqtisadi problemlərlə üzləşə bilərik”. 

Aişə Abdulova 
“Cebheinfo.az”

Açar sözlər: Buğda Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью