Buğda və pambıq əkənlərə əlavə pul ÖDƏNİLƏCƏK

07.09.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Torpaq və su resurslarından daha səmərəli istifadə məqsədilə lazer hamarlama texnologiyasından yararlanan fermerlərə əlavə subsidiya ödəniləcək.

Modern.az-ın məlumatına görə, bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkini aparılacağı halda, əkin subsidiyasına əlavə ödəniş tətbiq olunacaq.

Belə ki, buğda əkinindən əvvəl sahədə lazer hamarlama texnologiyasından istifadə edildiyi ilk il əkin subsidiyası 250 AZN/ha artırılacaq.

Pambıqçılıq rayonlarında isə azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiq edilərsə, ilk il məhsul subsidiyasına 50 AZN/ton əlavə ödəniləcək.

Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək. Həmin sahələrin monitorinqi zamanı rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью