Buğda zəmisindəki yanğın qəzaya səbəb oldu; 12 nəqliyyat vasitəsi toqquşdu VİDEO

24.07.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Buğda zəmisində baş verən yanğın yol-nəqliyyat hadisəsinə gətirib çıxarıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Rostov vilayətində baş verib.

Belə ki, R-280 “Novorossiya” avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınan hadisə zamanı 12 nəqliyyat vasitəsi - 10 minik və 2 yük avtomobili zəncirvari şəkildə toqquşub. Qəzaya yol kənarındakı buğda zəmisində alovlanan yanğının yaratdığı kəskin tüstü və görmə məsafəsinin məhdudlaşması səbəb olub. İlkin məlumatlara görə, toqquşma nəticəsində yük avtomobillərindən birinin sürücüsü xəsarət alıb.

Əraziyə xilasedicilər və yol polisi əməkdaşları cəlb olunub.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью