“Bugs Bunny”nin “səsi” vəfat etdi

26.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Bugs Bunny” və “Daffy Duck” personajlarını səsləndirməsi ilə tanınan, “Emmy” mükafatı laureatı kanadalı səs aktyoru Erik Bauza 46 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda onun ailəsi açıqlama yayıb.

Məlumata görə, Bauza hipertonik ürək-damar xəstəliyi səbəbindən dünyasını dəyişib.

“Looney Tunes” heyətinin müasir dövrdəki səslərindən biri olan Bauza “Porky Pig”, “Tweety” və “Road Runner” kimi personajları da səsləndirib. Karyerası ərzində o, 400-dən çox layihədə iştirak edib və gördüyü işlərə görə üç “Emmy” mükafatına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью