“Bugünkü ABŞ NATO da Ukrayna haqqında danışmağa hazır deyil”

14.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

 “Bugünkü ABŞ Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyasını müzakirə etməyə hazır deyil”. 

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə müsahibəsi zamanı deyib.

Zelenskinin sözlərinə görə, onlar hesab edirlər ki, guya bu məsələ Rusiyanın Ukrayna torpaqlarını işğal etməsinə səbəb olub.

"Bugünkü ABŞ və onun Prezidenti Donald Tramp NATO-da Ukrayna haqqında danışmağa hazır deyil", - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью