Bugünkü Azərbaycan ümummilli liderin memarı olduğu dövlətdir Vüqar Bayramov

12.05.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"İki gün öncə ümummilli liderin anadan olmasının 103-cü ildönümünü cənab prezident Şuşada qeyd etdi, öz ata-baba yurdlarına uzun fasilədən sonra qayıdanlarla görüşdü. Ermənistan işğalından sonra Qarabağ, Şərqi Zəngəzur və Xankəndi yenidən qurulur və keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vüqar Bayramov bildirdi.

O əlavə etdi ki, prezident sosial media hesabındakı paylaşımında qeyd etdiyi kimi, Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı:

"Bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında, regionda müşahidə edilən siyasi sabitlik və təhlükəsizlik fonunda cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət nəticəsində güclü siyasi mövqeyini daha da möhkəmləndirən və regionda orta gücə çevrilən dövlətdir. Azərbaycan regionda mənfur qonşuya məxsus ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlətdir. Bugünkü Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə və eyni zamanda öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı göstəricilərə malik olan ölkələrdən biridir. Eyni zamanda bugünkü Azərbaycan xarici borcun ÜDM-də 6,5 faiz nisbəti ilə dünyada ən yaxşı onluğa daxil olan dövlətdir. Azərbaycan eyni zamanda 76 milyard dollara yaxın Ümumi Daxili Məhsulu ilə Cənubi Qafqaz iqtisadiyyatının drayverinə çevrilmiş dövlətdir. Azərbaycan zəfərdən keçən qısa müddət ərzində yalnız dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 20 milyard manatdan artıq vəsait ayırıb. Artıq 85 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb, işləyir və təhsil alırlar. Eyni zamanda bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 55 milyard kubmetrdən artıq mavi qaz nəql edən və 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verən dövlətdir. Son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi, eyni zamanda yalnız son 6 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial paketin qəbul olunması ondan xəbər verir ki, müasir Azərbaycan bir tərəfdən iqtisadi inkişafın dəstəklənməsi, digər tərəfdən isə sosial rifahın davamlı icra edilməsi siyasətini davam etdirir. Bugünkü Azərbaycan cənab prezidentin rəhbərliyi ilə yalnız regional məsələlərdə deyil, eyni zamanda bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir. Nəhayət, ən əsası bugünkü Azərbaycan ümummilli liderin memarı olduğu dövlətdir".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью