Bugünkü hərracda banklara 73 milyon dollar satılıb

26.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə Modern.az-a tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, hərracda tələb 73 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Qeyd olunub ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью