Bugünkü hərracda daha 32 dövlət əmlakı olan nəqliyyat vasitəsi satılıb

08.04.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, hərrac rəqabətli keçib.

Belə ki, start qiyməti 7 min manat olan “Mercedes-Benz” markalı mikroavtobus 12 min 500 manata, 2 min 800 manat olan “KamAZ” markalı yük avtomobili isə 9 min manata satılıb.

Cari ay üzrə növbəti hərraclar aprelin 22-si və 24-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью