Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

20.04.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

İmtahanda 53 649 şagirdin iştirakı gözlənilirdi.

Modern.az-ın məlumatına görə, aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью