Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

01.06.2025

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bugünkü qəbul imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib, bu gündən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları, o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə qəbul imtahanı keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью