Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kollecimizdə “17 Noyabr – Milli Dirçəliş Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə xalqımızın milli dövlətçilik tarixində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçib ölməzliyi qovuşan şəhidlərin əziz xatirəsi böyük ehtiramla anıldı, Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
"Humanitar fənlər" FBK-nın müəllimləri Elçin Mahmudov, Şükran Şabanov, Azad Hüseynzadə, Səbinə Zeynallı tədbirdə çıxış etdilər. Onlar Milli Dirçəliş Gününün xalqımızın azadlıq və müstəqillik mübarizəsindəki tarixi əhəmiyyətindən danışdılar, həmçinin bildirdilər ki, xalqımızın milli birliyi, azadlıq iradəsi və dövlətçilik əzmi bugünkü müstəqil Azərbaycanın təməlini təşkil edir.
Tədbir tələbələrin mövzu ilə bağlı çıxışları və fikir mübadiləsi ilə davam etdi, sonda isə
“17 Noyabr – Milli Dirçəliş Günü” nün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olundu.
Elnarə Heydərova,
Xədicə İsmayılzadə,
Astara Pedaqoji Kollecinin tələbələri