Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bugünkü oyundan nəticə çıxarmalıyıq" - Kanada millisinin baş məşqçisi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Kanada millisinin baş məşqçisi Cessi Marş DÇ-2026-da Bosniya və Hersoqovina yığmasına qarşı keçirdikləri oyunu (1:1) şərh edib.
QOL.az TSN-ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis komandasının matça arxayın çıxdığını bildirib:
"Bizdə elə təəssürat yaranmışdı ki, sanki rəqib əlimizin içindədir. İkinci hissədə meydana çıxan futbolçular oyunun taleyini dəyişməli idilər. İlk hissədəki oyunumuzdan məyus oldum. Biz aqressiv oynamırdıq. Bunu fasilədə müzakirə etdik. İkinci hissədə hər şey fərqli idi. Bugünkü oyundan nəticə çıxarmalıyıq".
Qeyd edək ki, Kanada yığması mundialdakı ikinci oyununu iyunun 19-da Qətərə qarşı keçirəcək.