Bugünkü oyunları yayımlayacaq kanallar

14.07.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Bugünkü oyunları yayımlayacaq kanallar

Bu gün DÇ-2026-nın 1/2 final mərhələsində keçiriləcək Fransa - İspaniya görüşünə və Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin TNS - "Sabah" cavab oyununa Azərbaycan telekanalları vasitəsi ilə baxmaq mümkün olacaq.

QOL.az xəbər verir ki, TNS - "Sabah" matçı "CBC Sport" telekanalında nümayiş olunacaq. Oyun saat 21:30-da start götürəcək. 

Fransa - İspaniya görüşü isə "İctimai TV"də canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью