Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu gün 2-ci turun daha 5 oyunu keçiriləcək.
Əvvəlcə C qrupunun iştirakçıları meydana çıxacaqlar. Şotlandiya Mərakeşlə, Braziliya Haiti ilə üz-üzə gələcək.
Günün üçüncü matçında Türkiyə yığması Paraqvayla qarşılaşacaq. İlk matçda Avstraliyaya uduzan “ay-ulduzlular” pley-off şansını saxlamaq üçün bu matçda mütləq qələbə qazanmalıdırlar.
Maraqla gözlənilən qarşılaşmalardan biri F qrupunda baş tutacaq. İlk turda Yaponiya ilə bərabərə qalan Niderland yığması Tunisi darmadağın etmiş İsveçi sınağa çəkəcək.
Günün son matçında isə ilk turu qələbə ilə başa vurmuş Almaniya və Kot-d`İvuar yığmaları üz-üzə gələcək. Bu matçda qələbə qazanacaq tərəf pley-offa vəsiqəni təmin edəcək.
C qrupu
20 iyun
02:00. Şotlandiya - Mərakeş
04:30. Braziliya - Haiti
D qrupu
20 iyun
07:00. Türkiyə - Paraqvay
19 iyun
ABŞ - Avstraliya - 2:0
F qrupu
20 iyun
21:00. Niderland - İsveç
21 iyun
08:00. Tunis - Yaponiya
E qrupu
0 iyun
00:00. Almaniya - Kot-d`İvuar
21 iyun
04:00. Ekvador - Kurasao