Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mançester Yunayted”in müdafiəçisi Patrik Dorqu səhhətindəki problemlərə görə Danimarka millisinin düşərgəsindən ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə Danimarka yığmasının həkimi Morten Boesen məlumat verib.
22 yaşlı futbolçu milli komandanın məşq toplanışında fiziki hazırlıq üzrə məcburi testlərdən uğurla keçə bilməyib.
Yığmanın baş həkiminin sözlərinə görə, Dorqunun budun arxa əzələsindəki zədədən tam sağalması üçün əlavə vaxta ehtiyacı var. Bu səbəbdən müdafiəçinin “Mançester Yunayted”ə qayıtmasına qərar verilib. O, reabilitasiya prosesini klubun fizioterapevtlərinin nəzarəti altında davam etdirəcək.
Beləliklə, futbolçu UEFA Millətlər Liqasında Danimarka millisinin noyabrda Portuqaliya və Norveçə qarşı keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.