Buker 2026 finalçıları bəlli oldu

31.03.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Buker Mükafatının 2026-cı il üzrə qısa siyahısı açıqlanıb.

Axşam.az mükafatın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya altı əsər daxil edilib: Mari NDiayenin “Cadugər”, Ana Paula Mayanın “Yer üzündə olduğu kimi”, Daniel Kelmanın “Rejissor”, Rene Karabaşın “Qalan o”, Şida Bazyarın “Tehranda sakit gecələr” və Yanq Şuan-Tsının “Tayvan səyahətnaməsi”.

Qalibin adı mayın 19-da Londondakı Tate Modern muzeyində keçiriləcək mərasimdə elan olunacaq.

Mükafatın ümumi məbləği 50 min funt sterlinq təşkil edir və bu məbləğ müəlliflə tərcüməçi arasında bərabər bölünür. Qısa siyahıya düşən hər bir əsər isə 5 min funt sterlinq mükafat alacaq ki, bunun 2,5 mini müəllifə, 2,5 mini isə tərcüməçiyə veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью