Buker mükafatının Azərbaycan versiyası hazırlanır

01.12.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mədəniyyət Nazirliyi yeni ədəbiyyat mükafatının əsasnaməsini və hüquqi tərəflərini demək olar ki, tamamlayıb və aidiyyəti üzrə təqdim edib”.

Globalinfo.az bildirir ki, bunu APA-ya müsahibəsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.

“Bu mükafat dünyadakı “Buker” mükafatının Azərbaycan versiyası kimi çıxış edəcək. Yeni mükafat ölkəmizdə ədəbiyyatın inkişafına ciddi təsir göstərəcək”, – şöbə müdiri bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью