Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

23.09.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Mərhum Uels Şahzadəsi Diananın qardaşı Qraf Çarlz Spenserin işıq üzü görən "Swan Song: Diana, My Sister" adlı xatirə kitabı Britaniya kral ailəsində yenidən gərginlik yaradıb.
Kulis.az xəbər verir ki, Spenser kitabında 1997-ci ildə Diananın dəfn mərasimi zamanı o vaxtkı Uels şahzadəsi Çarlzın kiçik yaşlı oğulları Uilyam və Harriyə qarşı soyuq və laqeyd münasibət göstərdiyini iddia edib.
Bukingem Sarayı bu iddialara qarşı təmkinli üslubundan kənara çıxaraq sərt bəyanat yayıb.
Bəyanatda bacı itkisinin yaratdığı kədərin illər keçsə də insanın yaddaşına və mühakimə qabiliyyətinə mənfi təsir göstərə biləcəyi vurğulanıb.
Qeyd edək ki, sözügedən kitabın 12 dilə tərcümə edilərək bütün dünyada satılacağı gözlənilir.

“Latın Qremmi” mükafatının siyahısı açıqlandı "Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью