Bukmekerlər UEFA Çempionlar Liqasının favoritlərini açıqladılar

10.12.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin başa çatmasına üç tur qalıb.

Publika.az xəbər verir ki, bukmekerlər turnirin əsas favoritlərinin adını açıqlayıb.

"Liverpul"un şansı ən yüksək qiymətləndirilir. Bu Çempionlar Liqasına xal itirməyən yeganə komanda olaraq qalan mersisaydlıların qələbəsinə 5.50 əmsal olaraq qiymətləndirilir.

Mövcud böhrana baxmayaraq, “Mançester Siti” ikincidir. Qvardiolanın komandasına 6.00 əmsal təklif olunur. "İlk üçlüy"ü "Barselona" tamamlayır - 7.05.

Sonrakı sıralarda "Arsenal" (7.45), "Real" (7.50), "Bayern" (8.00), "İnter" (16.75), "Bayer Leverkuzen" (23.00), "Atalanta" (40.00), "Borussia Dortmund" (41.00) qərarlaşıb.

Qalan klubların şansları 2%-dən az qiymətləndirilir. Yəni, onların qələbə əmsalları 50.00-dən yuxarıdır. Ən yüksək əmsallar "Slovan" və "Yoanq Boyz"dadır - 4100.00.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью