Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bukmeker kontorları futbol üzrə Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində sabah, yanvarın 21-də Bakıda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçında Almaniya klubunu favorit hesab edirlər.
İdman.Biz xəbər verir ki, bir neçə beynəlxalq bukmeker platformasının orta əmsallarına əsasən, Ağdam təmsilçisinin qələbəsinə 3,11 əmsalı verilib.
Heç-heçə nəticəsi orta hesabla 3,81 əmsalı ilə qiymətləndirilir, “Ayntraxt”ın qələbəsi isə 2,20 əmsalı ilə dəyərləndirilir.
Ehtimallara çevirdikdə bu göstəricilər “Qarabağ”ın qələbəsi üçün təxminən 31 faiz, heç-heçə üçün 25 faiz, Almaniya klubunun qalibiyyəti üçün isə 44 faiz təşkil edir.
Eyni zamanda bukmeker kontorları arasında əmsalların fərqinin minimal olması qonaqların görüşün orta səviyyəli, lakin birmənalı olmayan favorit statusunda olduğunu göstərir.
Xatırladaq ki, “Qarabağ” - “Ayntraxt” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Yeddinci tur ərəfəsində Ağdam klubu 7 xalla turnir cədvəlinin 22-ci pilləsində yer alır, Frankfurt təmsilçisi isə 4 xalla 30-cu mövqedə qərarlaşıb.