Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-da növbəti prezident seçkilərinə hələ üç il qalsa da, mərc platformaları artıq mümkün nəticələrlə bağlı proqnozlar paylaşmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu proqnozlara ciddi yanaşmaq tövsiyə olunur, çünki 2024-cü ildə məhz mərc saytları ənənəvi sorğu mərkəzlərindən daha dəqiq nəticələr təqdim etmiş, Donald Trampın qələbəsini əvvəlcədən görmüşdülər.
Hazırda ABŞ-ın vitse-prezidenti Cey Di Vens həm Respublikaçılar Partiyası daxilində, həm də ümumi prezidentlik yarışında favorit hesab olunur.
Onun qələbə şansı 28% olaraq qiymətləndirilir. Ən yaxın rəqibi, Kaliforniya qubernatoru, demokrat Qevin Nyusom bu göstəricidə ondan iki dəfə
Digər maraqlı ehtimal isə hazırkı prezidentin oğlu kiçik Donald Trampın seçkilərdə iştirak edə biləcəyidir.
ABŞ-da 2028-ci il prezident seçkiləri ilə bağlı ehtimal olunan namizədlər barədə fəal ictimai müzakirələr başlayıb.
Bu marağın əsas səbəbi "Polymarket" platformasının ilk dəfə olaraq bu istiqamətdə mərc nəticələrini dərc etməsi olub.