Icma.az, Redaktor.az saytına istinadən bildirir. Yasamalda zirzəmidən çıxarılan su “bulaq suyu” adı altında satılır.
Redaktor.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.
İddia olunur ki, müxtəlif adlar və markalarda olan su qabları rayonun Ağa Yusif Dadaşov ünvanında beşmərtəbəli binanın zirzəmisində doldurulur.
Lakin qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var.
Görüntülərdən də aydın olur ki, su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Ətrafı da məişət tullantıları bürüyüb.
Çəkiliş aparılan müddətdə zirzəminin qarşısında 4 maşına su yüklənib. Sürücülərin sözlərinə görə, onlar suyu sifarişlə aparırlar.
Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər.
Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.