Bülbül prospektində su xəttində qəza baş verib

25.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Bülbül prospektində su xəttində qəza baş verib.

Oxu.Az xəbər verir ki, qəza nəticəsində su ətrafa dağılıb.

Sözügedən məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə göndərilən sorğuya cavab olaraq bildirilib:

"Qeyd olunan ünvanda su xəttində qəza baş verib. Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, su xəttinin təmiri və bərpası istiqamətində işlər görülür".

Ərazidən görüntünü təqdim edirik:

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью