Bülent Ersoydan sərt təpki: Rədd ol, get

24.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy Aydının Kuşadası rayonunda verdiyi konsert zamanı tamaşaçı ilə mübahisə edib. Sənətçinin konsertə gec çıxmasına etiraz edən tamaşaçıya sərt cavab verdiyi anlar mobil telefonla lentə alınıb.
“Diva” ləqəbi ilə tanınan Bülent Ersoy konsert proqramı üçün Kuşadasına gəlib. Kuşadası Altın Güvercin Amfi Teatrında saat 21:00-da başlaması planlaşdırılan konsertin texniki problemlər və sənətçinin səhhətində yaranan narahatlıq səbəbindən təxminən 1 saat yarım gecikdiyi bildirilib.
Saat 22:30 radələrində səhnəyə çıxan Ersoya tamaşaçılardan biri etiraz edərək “Saat neçə oldu? Tamaşaçıya hörmət” deyə səslənib.
Bu sözlərdən sonra sənətçi tamaşaçıya sərt reaksiya verib. Ersoy gecikməyə görə səhhətində yaranan problemin səbəb olduğunu bildirib:
Siz hörmətdən nə anlayırsınız? Mən hörmətimdən çıxıb bura gəlmişəm. İnsanlar gəlib, ayıb olar deyə çıxmışam. Saat neçə olub, çıx get. Yaxşılıq yaramır. İnsanlıq yaramır. Birbaşa ‘mən çıxmıram’ deyəcəksən, məsələ də bitəcək. Çöldə beş həkim var.”
Ersoy daha sonra tamaşaçıya hörmətsizlik etmədiyini vurğulayaraq “Tamaşaçıya hörmət budur. Bu, tamaşaçıya hörmətsizlikdir?” deyə bildirib.
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью