Bülənt Ərsoyun milyonluq boyunbağısı

06.09.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy dəbdəbəli görünüşü ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçinin sosial şəbəkədə yayılan görüntülərində iri zümrüd qaşlı boyunbağı ilə kamera qarşısına keçdiyi görülüb. Bildirilir ki, boyunbağının hazırlanmasında Kolumbiya zümrüdündən istifadə olunub və əsas daşın çəkisi 50 karatdır.

Ersoy qiymətli daş-qaşlardan ibarət kolleksiyası ilə tez-tez gündəmə gəlir. Bu dəfə isə nəhəng yaşıl zümrüdlə bəzədilmiş boyunbağı onun dəbdəbəli obrazının əsas detalı olub.

Sənətçi boyunbağını yaşıl libası ilə tamamlayaraq olduqca diqqətçəkən görünüş yaradıb. Görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью