Bülent Korkmaz bu klubun baş məşqçisi oldu Rəsmi

21.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum olub.

QOL.az xəbər verir ki, 56 yaşlı məşqçi “Erokspor”a baş məşqçi təyin edilib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Erokspor” hazırda Türtkiyə 1-ci liqasında 14-cü sıradadır.

Qeyd edək ki, B.Korkmaz 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunu çalışdırıb. Son klubu "Rizəspor" olan mütəxəssis “Kayserispor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “Başakşehir” və “Mersin İdman Yurdu”nu da çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью