Bülənt Korkmaz işsiz qaldı

13.03.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli mütəxəssis Bülənt Korkmaz 1-ci Liqa təmsilçisi “Erokspor”dan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, 56 yaşlı məşqçi ilə uğursuz gedişatın ardından yollar ayrılıb. O, yanvar ayında bu vəzifəyə təyin edilmişdi. 

Bu müddətdə “Erokspor” liqada 9 oyuna 2 qələbə qazanıb, 6 heç-heçə edib və 1 matçda uduzub.

Komanda hazırda 1-ci liqada 29 turdan sonra 38 xalla 15-ci sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью