Bülent Korkmaz İstanbul klubunun baş məşqçisi təyin olundu

24.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin "Esenler Erekspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisini Bülent Korkmaz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

56 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Esenler Erokspor" Mehmet Altıparmakla yollarını ayırıb. İstanbul klubu I Liqada 20 turdan sonra 26 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью