Bülent Korkmaz Türkiyə klubu ilə yollarını ayırdı

08.09.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Antalyaspor" klubu baş məşqçisi Bülent Korkmazla yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, informasiyanı I Liqa təmsilçisinin mətbuat xidməti yayıb.

Məlumata görə, təcrübəli mütəxəssis ilə 2026-cı ilin iyununda 1 illik müqavilə imzalamışdı. Lakin 6 qarşılaşmaya çıxan Korkmaz "Antalyaspor"da 2 qələbə və 4 məğlubiyyətlə yadda qalıb.

57 yaşlı çalışdırıcı 2009/2010 mövsümündə Azərbaycanda "Bakı" komandasının baş məşqçisi olub.

Bülent Korkmaz futbolçu kimi 1988/2005-ci illərdə "Qalatasaray"da çıxış edib.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью