Bullinqə məruz qalan şagird özünü öldürdü

10.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib.

Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью