Bullinqə məruz qalan şagird özünü öldürdü Gecə saatlarında baş verən intiharın DETALLARI

10.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub. 

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib. Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью