Buludlara müdaxilə ilə bağlı XƏBƏRDARLIQ KONKRET

24.01.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İzmir Katip Çələbi Universitetinin (İKÇÜ) Meşə Fakültəsinin müəllimi, Meşə Mühəndisliyi Bölümünün Havza Amenajmanı ixtisası üzrə rəhbəri, doktor Ufuk Özkan buludların toxumlanması üsulu ilə bağlı mühüm xəbərdarlıq edib.

KONKRET.az Sfera.az-a istinadən bildirir ki, son illərin ən quraq dövrlərindən birini yaşayan İzmirdə gündəmə gələn bu metodun elmi əsaslara söykəndiyini bildirən Dr. Özkan qeyd edib ki, düzgün tətbiq olunmadığı təqdirdə ciddi risklər yarada bilər.

Dr. Özkanın sözlərinə görə, buludların toxumlanması mövcud yağış potensialını artırmaq məqsədi daşıyır, lakin bu proses sıfırdan bulud yaratmaq anlamına gəlmir:

“Əgər yanlış tətbiq olunsa, yağışlar düzgün olmayan havzalara yönələ, İzmir ərazisindən kənarda yağıntıya səbəb ola və ya şəhərin infrastrukturunun zəif olduğu ərazilərdə, xüsusilə güclü yağışlardan sonra sel fəlakətinə yol aça bilər”.

1992–1994-cü illərdə İstanbulda da sınaqdan keçirilmiş bu texnologiyanın hazırda Ərəb Yarımadasında tətbiq olunduğunu xatırladan Özkan bildirib ki, bulud toxumlama elmi baxımdan əsaslandırılsa da, nəticələri əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil.

“Buludların toxumlanması mövcud buludların sıxlığını və yağış daşıma qabiliyyətini artıra bilər. Ancaq əgər atmosferdə bulud yoxdursa, bu metod da nəticəsiz qalacaq.”

Mütəxəssis vurğulayıb ki, elmi araşdırmalara əsasən, bu üsul yağış miqdarını maksimum 25 faizə qədər artıra bilər. Lakin bu artım uzunmüddətli deyil:

“İllik su balansında davamlı və ciddi artım qeydə alan araşdırmalar mövcud deyil. Bulud toxumlama anlıq və ya mövsümi artım təmin edə bilər, lakin quraqlıq problemini təkbaşına həll etmir”.

Dr. Özkan əlavə edib ki, bu cür texnologiyaların tətbiqi üçün düzgün ərazi planlaması, yağış sularının toplanması və su ehtiyatlarının idarə olunması paralel şəkildə həyata keçirilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью