Bulvarda 80 mindən çox dağlaləsi əkiləcək FOTO

03.02.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dənizkənarı Milli Parkın bağbanları yaz mövsümünə hazırlaşırlar. Bu il Bulvar ərazisində 8 çalarda ümumilikdə 80 mindən çox dağlaləsinin əkilməsi planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Bildirilir ki, çiçəklər mart ayından etibarən açacaq.

Dağlaləsi sərt iqlim şəraitinə davamlı və parlaq rəngləri ilə seçilən nadir bitkilərdəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью