Bulvarda davaya görə 1 nəfər həbs olundu

30.08.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bakı bulvarında ictimai asayişi pozan şəxs həbs edilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə avqustun 28-i gecə saat 00:40 radələrində baş verib.

Dənizkənarı Milli Park ərazisində 5 nəfər arasında kütləvi davada 1994-cü il təvəllüdlü A.Qədirov saxlanılıb. Onun narkotik vasitə istifadə etməsi də müəyyən olunub. pizza sifarişi

İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535-ci maddələrinə əsasən, haqqında protokol tərtib edilmiş A. Qədirov Səbail Rayon Məhkəməsinin qərarı ilə 20 sutkalıq həbs edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью